7 avqust 2012 11:26
Georgi Lomaya: Çempion olacaq gücdəyik
“İnter”in qapıçısı Georgi Lomaya Premyer Liqanın yeni mövsümünün “Qarabağ”a qarşı keçirilən ilk turunun oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Mövsümün ilk oyununu necə dəyərləndirə bilərsiz?
- Çətin oyun alındı. Özü də belə bir rəqibə qarşı oynayırdıq. Ümumiyyətlə, ilk oyunlar həmişə ağır olur. Bizə isə eyni zamanda ən güclü rəqiblərimizdən birinə qarşı oynamaq qismət olmuşdu.
- Yeni mövsümün ilk oyunu üçün qarşınıza hansı məqsədi qoymuşdunuz?
- Bizim üçün ilk oyunda uduzmamaq çox vacib idi. Əlbəttə, məqsəd üç xal qazanmaq idi. Amma hadisələrin bu cür cərəyan etməsini nəzərə alsaq, nəticənin pis olmadığını düşünürəm. Bu, hələ başlanğıcdı. Hər şey qarşıdadı.

- Bu iki komandanın duellərində yenə klassik ssenari işə düşdü...
- (gülür) Düşünmürəm ki, bu, həmişə belə olacaq. Amma biz son dəqiqələrdə vurulan qola layiq idik.
- Amma bütövlükdə, “Qarabağ” “İnter”dən daha yaxşı təsir bağışladı. Hesab etmirsiz ki komandanızın oyun planında daha da artırmasına ehtiyac var?
- Hər halda niyə belə oynadığımızı məşqçilər aydınlaşdırar. Bizə də öz tövsiyyələrini verəcəklər. Öz növbəmdə isə yalnız onu deyə bilərəm ki, çox isti var idi və nəfəs almaq olmurdu.
- “İnter”in yeni mövsümdəki hədəfləri nədən ibarətdi?
- Bütün uşaqlar Azərbaycan çempionu olmaq istəyirlər. Fikrimcə, biz bunu bacaracaq gücdəyik.
- Bütün uşaqlar Azərbaycan çempionu olmaq istəyirlər. Fikrimcə, biz bunu bacaracaq gücdəyik.
- Belə oyunla?
- Biz ki həmişə belə oynamayacağıq.
- Biz ki həmişə belə oynamayacağıq.
- Sizcə, hazırkı heyət çempionluq üçün yetərlidi?
- Fikrimcə, hə. Sözlərimin nə dərəcədə doğru olduğunu zaman göstərəcək.
- Fikrimcə, hə. Sözlərimin nə dərəcədə doğru olduğunu zaman göstərəcək.