7 avqust 2012 11:45
“İnterə qayıdacağıma ümid edirəm”
Xəbər verdiyimiz kimi, “İnter”in gənc yarımmüdafiəçisi Asif Mirili yaxın mövsümü icarə əsasında “Simurq” komandasında keçirəcək. Azerisport.az xəbər verir ki, komandanı tərk etməzdən öncə Asif sövdələşmənin necə baş tutmasından danışıb, cari çempionatdan nə gözlədiyini açıqlayıb.
“Kaxaber Tsxadadze və “İnter” rəhbərliyilə məsləhətləşmələrdən sonra belə qərara gəldik ki, cari mövsümü “Simurq” komandasında keçirim. Mənim “İnter”lə müqaviləm 2014-cü ilə qədərdi və doğma komandama qayıdacağıma ümid edirəm. Hələlik isə “Simurq” üçün faydalı oyunçu olmağa çalışacağam və komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, mənə hələ “İnter”də çalışdığı zaman yaxşı tanış olan baş məşqçi Giorgi Çixradze də kömək edəcək. İstənilən halda ümid edirəm ki, cari mövsüm mənim üçün uğurlu olacaq”.
Qeyd edək ki, futbolçunun icarə müddəti cari mövsümün sonunda başa çatacaq. (klubun saytı)
