7 avqust 2012 12:06

Xəzər Lənkəranda 10-cu qapıçı

Azərbaycan Premyer Liqasında 2012/13 mövsümünün startı daha 2 futbolçunun ilk dəfə “Xəzər Lənkəran” forması geyməsi ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, ilk turun “Rəvan”la səfər oyununda Orxan Sadıqlı və Ağabala Ramazanov bu komandada ilk rəsmi matçlarını keçirdi.
 
Bakıdakı qarşılaşmayadək 145 oyunçu “ağ-yaşıl” formada meydana çıxmışdı. Onlardan 89-u legioner, 56-sı yerli futbolçu idi. “Rəvan”la oyuna start heyətində çıxan Orxan bu siyahıya 146-cı kimi daxil oldu. Həm də 57-ci yerli futbolçu olan qapıçı indiyədək “Xəzər Lənkəran”ın qapısını qorumuş 10-cu qolkiper kimi tarixə düşdü. Ona qədər Kamran Ağayev – 161, Dmitri Kramarenko – 53, Aleksandr Martyoşkin – 51, Mikayıl Yusifov – 17, Milorad Koraç – 14, Kamal Bayramov – 7, Denis Romanovs – 5, Ramiz Kərimov – 4, Yevgeni Kopil – 1 oyunda “Xəzər Lənkəran”ın “1 nömrə”si olmuşdu.
 
“Rəvan”la qarşılaşmanın sonlarında oyuna daxil olan Ağabala isə komandanın tarixində 147-ci futbolçu oldu. O, bu siyahıya adını 58-ci azərbaycanlı kimi yazdırdı.
 
Qeyd edək ki, mövsümün arxada qalan hissəsində daha 1 futbolçu “Xəzər Lənkəran”da debüt etmişdi. Buna nail olan Ruslan Abışovun debütü Avropa Liqasında gerçəkləşmişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.