7 avqust 2012 12:32
Neftçinin yeni kapitanı müəyyənləşdi
Azərbaycan çempionu “Neftçi”nin yeni kapitanı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra “ağ-qaralar”ın kapitan sarğısını Rəşad Sadiqov daşıyacaq.
Qeyd edək ki, paytaxt klubunun kapitanı bir neçə il idi ki, Rail Məlikov idi. Lakin o, bir müddət öncə İqor Mitreski və Rauf Mehdiyevlə birgə transferə çıxarıldı. Belədə, yeni kapitana ehtiyac var idi ki, klub rəhbərliyi və komanda üzvləri sarğını məhz Sadiqova həvalə etməyə qərar veriblər.
Xatırladaq ki, Rəşad Sadiqov bundan öncə oynadığı “Qarabağ”ın da kapitanı idi. Rəşad “Neftçi”ni kapitan kimi ilk dəfə sabah Çempionlar Liqasında “Hapoel” (Kiryat Şmona) ilə oyuna çıxaracaq.
