8 avqust 2012 13:01

Hapoelin futbolçuları Bakıda oteldən kənara buraxılmır

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Neftçi”nin qonağı olacaq İsrailin “Hapoel” (Kiryat Şmona) klubunun futbolçuları oteldən kənara buraxılmır. Azerisport.az xəbər verir ki, “Hilton” otelində məskunlaşan komandanın üzvləri Bakıda xüsusi mühafizə altında saxlanılır.
 
İsrail mediasının məlumatına görə, komandanın futbolçularına oteli icazəsiz tərk etmək qadağan olunub. Onlar ötən gün baş tutan son məşqə də xüsusi mühafizə altında yollanıblar. Yerli media bunu İranın mümkün təxribatlarından qorunmaq üçün edildiyini iddia edir.
 
İsraillə İran uzun illərdi düşmən münasibətdədi. Bu ölkələr arasında diplomatik və ticarət əlaqələri yoxdu. İran həmçinin Azərbaycanı tez-tez İsraillə əməkdaşlıqda ittiham edir.
 
Məhz bu səbəbdən ötən gün “Dalğa Arena”ya komanda ilə birgə İsrailin Təhlükəsizlik Xidmətinin nümayəndələri də təşrif buyurublar. Onlar hətta xüsusi öyrədilmiş itlərlə sözügedən arenanın hər tərəfini yoxlayıblar. İsraillilər hətta “Neftçi”nin paltardəyişmə otağına qədər bu yoxlamaları aparıblar. Bu isə Azərbaycan klubunun rəhbərliyinin kəskin narazılığına səbəb olub. Bununla bağlı qarşı tərəfə də narazılıq çatdırılıb.
 
Maraq üçün xatırladaq ki, bu klublar arasında İsraildə keçirilən ilk oyunda meydan sahibləri 4:0 hesabıyla qalib gəlmişdilər. Cavab görüşü isə bu gün "Dalğa Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.