8 avqust 2012 13:12
Neftçi öncə Hapoelə, ardından Avroliqadakı rəqibinə uduzacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, “Neftçi”nin avrokubokların cari mövsümündəki aqibətinə dair sualımıza oxucularımızın cavabı artıq məlumdu.
Belə ki, onların böyük əksəriyyəti komandamızın öncə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Hapoel”ə (Kiryat Şmona, İsrail), ardından isə Avroliqanın pley-off mərhələsindəki rəqibinə uduzaraq, mübarizəni dayandıracağını düşünür. Bu varianta respondentlərin 56 faizi (611 səs) üstünlük verib.
Respondenlərin 36 faizi (393 səs) isə komandamızın Avropa Liqasının qrup mərhələsinə düşəcəyinə inanır. Yerdə qalan 8 faiz (91 səs) də Çempionlar Liqasının qrup mərhələsinə düşməyin mümkün olduğu qənaətindədi.
