8 avqust 2012 13:23
Hapoel İsrail kanallarına etirazını bildirdi
İsrail çempionu “Hapoel” (Kiryat Şmona) klubunun rəhbərliyi UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab matçının canlı yayımlanmamasından narazılığını dilə gətirib. Azerisport.az xəbər verir ki, onlar Bakıda baş tutacaq qarşılaşmanın öz telekanallarının heç biri vasitəsilə yayımlanmamasına belə etiraz ediblər:
“Başa düşmək lazımdı ki, İsrail çempionu oynayır. Özü də UEFA Çempionlar Liqasında. Belə oyunları ölkə ərazisində canlı yayımlamaq lazımdı”.
“Başa düşmək lazımdı ki, İsrail çempionu oynayır. Özü də UEFA Çempionlar Liqasında. Belə oyunları ölkə ərazisində canlı yayımlamaq lazımdı”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 1-də Hayfa şəhərində keçirilən ilk oyunda “Hapoel” 4:0 hesabıyla qalib gəlmişdi. Cavab qarşılaşması isə bu gün Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək.
