8 avqust 2012 01:17
İqor Mitreski hələ də Neftçinin düşərgəsindədi
Azərbaycan çempionu “Neftçi”nin transferə çıxardığı makedoniyalı müdafiəçi İqor Mitreski hələ də komandanın sıralarındadı. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu əsas komanda ilə olmasa da, formasını itirməmək üçün əvəzedicilərin heyətində məşq edir
Görünür makedoniyalı özünə yeni klub tapana qədər məhz paytaxt klubunun düşərgəsində qalmağa üstünlük verib.
Maraq üçün xatırladaq ki, Mitreski ilə yanaşı “Neftçi” kapitanı Rail Məlikov və qapıçısı Rauf Mehdiyevdən də imtina etmişdi.
