8 avqust 2012 13:36
Qarabağın forvardı Türkiyə klubunda
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın forvardı Rauf Əliyev Türkiyə klubuna keçir. Azerisport.az xəbər verir ki, hücumçu artıq qardaş ölkənin TFF birinci liqasında mübarizə aparan “Göztəpə” klubuna transfer olunacaq.
Rauf “Neftçi” ilə “Dalğa Arena”da keçirəcəkləri çempionat oyunundan sonra Azərbaycanı tərk etməyə hazırlaşır. Artıq İzmir təmsilçisi “Qarabağ”a rəsmi təklif göndərib və tərəflər ortaq məxrəcə gəlmək üzrədi.
