8 avqust 2012 13:52
Rauf Əliyev: Mən hələ yekun qərarımı verməmişəm
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın forvardı Rauf Əliyev Türkiyə klubuna keçidi barədə xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, qardaş ölkənin TFF birinci liqasında mübarizə aparan “Göztəpə” klubuna transferi barədə bunları dilə gətirib:
“Mən həmişə xaricdə oynamaq istəmişəm. Hazırda karyeramı Türkiyədə davam etdirmək variantı var. Amma mən hələ bu keçidlə bağlı yekun qərarımı verməmişəm. Çünki tam razılığa gəlməmişik. Təklif olunan müqavilə məni tam qane etmir. Əgər razılığa gələ bilsək, növbəti mövsümdən Türkiyədə çıxış edəcəyəm”.