8 avqust 2012 14:49
Rail Məlikov: Neftçi bu gün ən yaxşı oyununu göstərəcək
Azərbaycan çempionu “Neftçi”nin sabiq kapitanı Rail Məlikov artıq yollarını ayırdığı bu komandanın İsrail çempionu “Hapoel”lə (Kiryat Şmona) görüşdə uğur qazanacağına inanır. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandanı dəstəkləmək üçün stadionda olacağam. Mənə elə gəlir ki, “Neftçi” mövsümdəki ən yaxşı oyununu göstərəcək. Çünki komanda lazım olan anda toparlanmağı bacarır. İnanıram ki, revanş ala biləcəyik. Dəqiq nəticəni proqnozlaşdıra bilmərəm. Mənim üçün əsas komandanın qələbəsidi. Belə olan halda komanda Avropa Liqasına daha yaxşı hazırlaşa biləcək”.