8 avqust 2012 15:18
Ağasəlim Mircavadov: Qazon amili Neftçiyə kömək edə bilər
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov “Neftçi”nin UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı keçirəcəyi cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çətin oyun olacaq. “Neftçi”nin üzərində təzyiq var. Rəqib isə sakitcə öz oyununu oynayacaq. Çünki onların pley-off mərhələsinə vəsiqələri demək olar ki, ciblərindədi. Oyunun süni örtüklü meydanda keçirilməsi “Neftçi”yə kömək edə bilər. Komandamız bu stadionda daha çox məşq edib, oyun keçirib və bu meydanı tanıyır. Azarkeşlərin də dəstəyi sayəsində komandamız minimal hesabla qalib gələ bilər”.
