8 avqust 2012 18:09
Elxan Məmmədov seminar iştirakçıları ilə görüşüb (FOTOLAR)
Xəbər verdiyimiz kimi, avqustun 7-dən etibarən Bakıda FIFA və AFFA-nın birgə təşkilatçılığı ilə qadın futbolu üzrə məşqçilər üçün seminar keçirilir. Azerisport.az xəbər verir ki, FIFA təlimatçısı Vera Pouvun rəhbərliyi ilə AFFA-nın Futbol akademiyasında keçirilən məşğələlərdə U-17 UNICEF qızlar Liqası və U-15 qızlar Liqasında mübarizə aparan komandaların məşqçiləri iştirak edir. Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov seminar iştirakçıları ilə görüşüb, müvafiq tövsiyələrini verib və seminar iştirakçılarına uğurlar arzulayıb.
