8 avqust 2012 18:28
İsraildə Neftçi - Hapoel matçının harda keçiriləcəyini bilmirlər
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Neftçi” – “Hapoel” (Kiryat Şmona) matçının harda keçiriləcəyini İsraildə bilmirlər. Azerisport.az xəbər verir ki, İsrail mətbuatı hələ də qarşılaşmanın Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacağını düşünürlər:
“Bilirik ki, “Hapoel”i heç də adi şərtlər gözləmir: 30 000 azarkeş, süni meydança, Bakının isti havası”.
“Bilirik ki, “Hapoel”i heç də adi şərtlər gözləmir: 30 000 azarkeş, süni meydança, Bakının isti havası”.
Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması mərkəzi arenada yox, “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək. Sözügedən arena isə cəmi 6 700 azarkeş tutumuna malikdi.
