8 avqust 2012 19:27
Bəhreyn yığmasının Bakıya gələcəyi tarix məlum oldu
Futbol üzrə Bəhreyn yığmasının Bakıya gələcəyi tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, avqustun 15-də Azərbaycan millisi ilə yoldaşlıq görüşündə qüvvələrini sınayacaq bəhreynlilər ölkəmizə ayın 12-də təşrif buyuracaqlar.
Onlar Bakıya 3 gün öncə gəlməklə yerli şəraitə daha yaxşı uyğunlaşmaq məqsədi güdürlər.
Qeyd edək ki, Azərbaycan – Bəhreyn matçı avqustun 15-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək və saat 18:00-da start götürəcək.
