8 avqust 2012 11:26
Yığmamızın üzvü paytaxt klubunda
“Qəbələ”nin bu yay transferə çıxardığı Arif İsayev özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, milli komandanın yarımmüdafiəçisi karyerasını AZAL-da davam etdirəcək.
İlk turda “Sumqayıt”la heç-heçə edən paytaxt klubu artıq bu futbolçu ilə müqavilə bağlayıb. Anlaşmanın müddəti iki illlikdi. İsayevin adı artıq PFL-ə təqdim olunub və o, 2-ci turda meydana çıxa biləcək.
Qeyd edək ki, ötən ildən millidə 4 oyun keçirmiş 27 yaşlı futbolçu “Qəbələ”dən əvvəl “Xəzər” (Sumqayıt), “Göyçə” (Bakı), “Gənclərbirliyi”, “İnter”, “Simurq” və “Muğan”da çıxış edib.
