8 avqust 2012 11:33
Yığmamızın Estoniya ilə oyununun keçirilmə yeri dəyişdi
Xəbər verdiyimiz kimi, avqustun 15-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu görüşün də keçirilmə yeri dəyişdirilib.
Belə ki, AFFA-nın yaydığı məlumata görə, qarşılaşma, əvvəlcədən nəzərdə tutulduğu kimi, Bayıl qəsəbə stadionunda yox, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək. Görüş saat 20:00-da start götürəcək.
