8 avqust 2012 12:42
“Azərbaycan klubunda məni hər şey qane edir”
“Rəvan”ın yeni transferi, moldovalı müdafiəçi Nikolay Orlovski müsahibəsində Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilən “Xəzər Lənkəran”la oyunundan, komandasındakı durumundan danışıb. Azerisport.az həmin müsahibəni təqdim edir.
- Azərbaycanın vitse-çempionu ilə oyun necə təsir bağışladı?
- Azərbaycanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Biz artıq 10-cu dəqiqədə qol vurmağa nail olduq. Amma qələbə hesabını sona qədər qoruya bilmədik. Nəticədə heç-heçə ilə (1:1) kifayətlənməli olduq. Qeyd edim ki, bu komandalar arasında keçirilən əvvəlki iki oyunda da eyni hesablar qeydə alınıb.

- “Rəvan”ın müdafiə xətti necə oynadı?
- Hesab edirəm ki, yaxşı oynadılar. Bir qol buraxdıq. Amma bütövlükdə, müdafiə xətti yaxşı görünürdü. Mərkəz xəttdə iki legioner çıxış edir. Biri Serbiyadan, digəri Bosniyadandı. Onlar artıq 4 ildi birgə çıxış edirlər. Baş məşqçinin inamını qazanmaq üçün mənə məşqlərdə çox çalışmaq lazımdı. Yalnız bu halda əsas heyətə düşə bilərəm.
- Baş məşqçi ilə münasibətləriniz necədi?
- Yaxşı. O, bütün oyunçulara normal yanaşır. Düşünmürəm ki, baş məşqçi hansısa futbolçuları fərqləndirir. Komanda daxilində əla atmosfer hökm sürür.

- Bakıda sənə necədi? Hazırda harda yaşayırsan?
- Bakı gözəl şəhərdi. Azərbaycan paytaxtında özümü komfortda hiss edirəm. Klub hazırda mənə Bakının yaxınlığındakı otellərdən birində nömrə götürüb. Dənizə yaxındı. Eyni zamanda ev oyunlarımızı keçirdiyimiz stadion da yaxınlıqdadı. Amma tezliklə mənzil götürməyi planlaşdırıram. Yeni klubumda məni hər şey qane edir. Təəssüflənməyə əsas yoxdu. Əsas odu ki, çalışım və baş məşqçinin, rəhbərliyin etimadını doğruldum.