8 avqust 2012 00:38
“Futbol tarixində 0:4 hesabıyla uduzan komandanın möcüzə etməsini xatırlamıram”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) kapitanı Adrian Roqet UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma öncəsi bunları dilə gətirib:
“Mən futbol tarixində belə hesabla uduzan bir komandanın iki oyunun nəticəsinə görə rəqibini üstələməsini xatırlamıram. Buna görə də sakitik. Amma arxayınlaşmırıq. İsrailə qələbə ilə qayıdacağımıza ümid edirik. Təhlükəsizlik məsələsi? İnanmıram ki, nəsə problem ola. Futbolu siyasətə qarışdırmaq lazım deyil”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 1-də Hayfa şəhərində keçirilən ilk oyunda “Hapoel” 4:0 hesabıyla qalib gəlmişdi. Cavab qarşılaşması isə bu gün “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək.
