9 avqust 2012 13:37
Klublarımız DÇ-2012-yə görə bir aylıq istirahətə çıxa bilər
Məlum olduğu kimi, sentyabrın 22-dən oktyabr ayının 13-dək Bakıda 17 yaşlı qadınlardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, 16 ölkənin mübarizə aparacağı bu mundialın oyunları Premyer Liqamızın təqvimində ciddi dəyişikliklərə səbəb ola bilər.
Məsələ burasındadı ki, stadion çatışmazlığı səbəbindən elita təmsilçiləri bir aylıq istirahətə çıxa bilər. Paytaxtdakı əksər arenalar məhz DÇ-2012-nin oyunlarına ev sahibliyi edəcəyindən, öncə Premyer Liqa oyunlarının bölgələrdə keçirilməsi planlaşdırılırdı.
Amma hazırda mundial ərzində keçirilməli olan turların təxirə salınması variantına baxılır. Belə olan halda çempionatın 6, 7 və 8-ci turunun görüşləri başqa vaxta keçiriləcək. Elita klubları isə məcburi istirahətə yollanmalı olacaqlar.
