9 avqust 2012 13:52
Bakı Simurqla qarşılaşmaların aşkar favoritidi
"Bakı" Azərbaycan Premyer Liqasında yeni mövsümə sabah öz meydanında keçirəcəyi oyunla start verəcək. Azerisport.az xəbər verir ki, “zolaqlılar” avqustun 10-da "Simurq"u qonaq edəcək.
Komandalar bu günə qədər 12 dəfə qarşılaşıblar. Bütün qarşılaşmalar Premyer Liqa çərçivəsində baş tutub.
Bu oyunların 6-sı Bakıda, 6-sı isə Zaqatalada keçirilib. 4 oyun "Bakı"nın qələbəsi ilə başa çatıb, 5 oyunda heç-heçə qeydə alınıb. Top fərqi "Bakı"nın xeyrinədi - 12:10.
"Bakı" 2 qələbəsini Bakıda, ikisini isə səfərdə qazanıb. Rəqiblərin qarşılaşmalarında ən çox rast gəlinən hesab 2:1-di. İki dəfə "Simurq", bir dəfə isə "Bakı" bu hesabla qalib gəlib.
"Bakı" - "Simuq" qarşılaşmasının start fiti saat 19:00-da səslənəcək. Oyun "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionunda baş tutacaq.
