9 avqust 2012 01:53
Yığmamızın forvardı oynamadı, komandası çətin qələbəyə sevindi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun şərəfini qoruduğu "Metallurg" Latviya çempionatında növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, Liepaya klubu ölkə çempionatının 18-ci turundan təxirə salınan oyunda “FS METTA” ilə qarşılaşıb.
Qarşılaşma doğma meydanda keçirilib. Buna görə də liepayalılar çətinliklə də olsa, bu görüşdən qalib ayrılmağı bacarıblar. Görüşdə vurulan ilk iki qolun müəllifi “İnter”in sabiq hücumçusu Girt Karlson olub. Daha bir qolu Solonitsın vurub. Qonaqların sonda vurduğu iki qol isə sadəcə təsəlli xarakteri daşıyıb.
Millimizin forvardı bu görüşdə forma geyməyib. O, sona kimi ehtiyatda qalıb.
Qeyd edək ki, hazırda Liepaya klubu 20 oyundan sonra 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və ehtiyatda daha bir oyunu var.
Latviya çempionatı
18-ci turun oyunu
8 avqust
Metallurg – FS METTA – 3:2
