9 avqust 2012 02:09
Çempionlar Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşdi
Futbol üzrə UEFA Çempionlar Liqasında 2012-2013 mövsümünün pley-off mərhələsinin bütün iştirakçıların adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin üçüncü təsnifat mərhələsində mübarizə aparan 28 klub ötən gecə növbəti mərhələyə 14 vəsiqənin taleyinə aydınlıq gətirdilər.
İki oyuna əsasən güclü çıxan klublar aşağıdakılar oldular: Dinamo (Kiyev, Ukrayna), BATE (Belarus), Maribor (Sloveniya), Hapeol (Kiryat Şmona, İsrail), Helsingborg (İsveç), Celtic (Şotlandiya), CFR Cluj (Rumıniya), Anderlecht (Belçika), Basel (İsveçrə), Fenerbahçe (Türkiyə), Copenhagen (Danimarka), Panathinaikos (Yunanıstan), Dinamo (Zaqreb, Xorvatiya), AEL Limassol (Kipr).
Beləliklə, adı çəkilən 14 klub mübarizəyə məhz pley-off mərhələsindən başlayacaq 6 iştirakçı ilə birgə ÇL-in qrup mərhələsinə 10 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər.
Mübarizəyə məhz bu mərhələdən başlayacaq klublar isə bunlardı: Udinese (İtaliya), Lille (Fransa), Malaga (İspaniya), Borussia (Münhenqladbax, Almaniya), Braga (Portuqaliya), Spartak (Moskva, Rusiya)
Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin püşkatma mərasimi avqustun 10-da keçiriləcək. ÇL-in üçüncü təsnifat mərhələsində məğlub olan kollektivlər isə mübarizəni Avropa Liqasının pley-off mərhələsindən davam etdirmək şansı qazanıblar.
