9 avqust 2012 02:17
Mahir Şükürov Neftçidə
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi bundan sonra karyerasını “Neftçi”də davam etdirəcək.
Artıq paytaxt klubu ilə bu futbolçu ilə rəsmi müqavilə imzalayıb. Müqavilənin müddəti və detalları isə hələlik açıqlanmır.
Xatırladaq ki, Mahirin “Neftçi”yə keçəcəyi ilə bağlı xəbərlər çoxdan idi gündəmdə idi. Amma bu keçid məhz Rail Məlikovun gedişindən sonra rəsmiləşib.
