9 avqust 2012 14:49

Vaqif Cavadov üzr istədi, Berti Foqts bağışladı

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun iştirakı ilə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və futbolçu Vaqif Cavadov arasında görüş keçirilib. Azerisport.az xəbər verir ki, görüşdə baş məşqçi və futbolçu arasında fikir mübadiləsi aparılıb. 
 
Görüşlə bağlı Berti Foqts və Vaqif Cavadov fikirlərini də açıqlayıb. Vaqif Cavadov açıqlamasında üzr istəyib: "Avropa çempionatının seçmə mərhələsində Avstriya millisinə qarşı keçirdiyimiz oyunda məğlub olmağımız psixoloji cəhətdən mənə mənfi təsir etmişdi və emosional vəziyyətdə artıq çoxlarına məlum olan həmin xoşagəlməz hadisə baş vermişdi. Əlbəttə ki, həmin hadisə məni çox təəssüfləndirir. Mən bu hərəkətimə görə AFFA-dan və komanda yoldaşlarımdan üzr istəyir və  bir futbolçu kimi Azərbaycan futbolunun inkişafına  bacardığım qədər yardımçı olmaq  fikrindəyəm".
 
Berti Foqts isə əff etdiyi oyunçu ilə bağlı bunları dilə gətirib: "Vaqif Cavadov gənc və bacarıqlı futbolçudur.  Sevindirici haldır ki, bu görüş təşkil olundu və biz bəzi məsələlərə aydınlıq gətirdik. Hesab edirəm ki, V.Cavadova ikinci dəfə şans verilməlidir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.