9 avqust 2012 15:28
David Solari: Əsas nəticə idi, ona da nail olduq
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) futbolçusu David Solari UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, argentinalı legioner 2:2 hesabıyla başa çatan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Oyunu kənardan izləmək heç də xoş deyildi. Amma komanda yoldaşlarımın, dostlarımın oyununu, mərhələ adlamalarını görmək çox xoş oldu. Düzdü, heç də ən yaxşı oyunumuzu göstərmədik. Lakin əsas nəticə idi ki, ona da nail olduq”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 1-də Hayfa şəhərində keçirilən ilk oyunda “Hapoel” 4:0 hesabıyla qalib gəlmişdi. Həmin oyunun əvvəlində zədələnən Solari uzun müddətə sıradan çıxmışdı.
