9 avqust 2012 16:32
“Neftçi ilə oyunlarda vacib nəticəyə imza atdıq”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) futbolçusu Elyad Qabay UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan qarşılaşmadan sonra bunları dilə gətirib:
“Neftçi” bu oyunda səfərdəkinə nisbətən daha yaxşı oyun sərgilədi. Heç biz də özümüzü evdəki kimi hiss edə bilməzdik. Buna baxmayaraq, məğlubiyyətdən qaça bildik. Matçdan sonra isə çox rahatlaşdıq. Çünki çox vacib bir nəticəyə imza atdıq. İndi səbirsizliklə püşkatmanı gözləyirik”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 1-də Hayfa şəhərində keçirilən ilk oyunda “Hapoel” 4:0 hesabıyla qalib gəlmişdi.
