9 avqust 2012 17:18
“Neftçi ilə oyunlarda əsas hədəfimiz mərhələ adlamaq idi”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) makedoniyalı legioneri Darko Tasevski UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan qarşılaşmadan sonra bunları dilə gətirib:
“Bizim “Neftçi” ilə oyunlardakı əsas hədəfimiz UEFA Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanmaq idi. Azərbaycan çempionunu mübarizədən kənarlaşdırmaqla bu istəyimizə çatdıq. Lakin fikrimcə, hələ pley-off mərhələsi barədə düşünmək tezdi. Çünki hələ püşkatma mərasimi belə keçirilməyib. Hər şey qarşıdadı”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 1-də Hayfa şəhərində keçirilən ilk oyunda “Hapoel” 4:0 hesabıyla qalib gəlmişdi.
