9 avqust 2012 17:39
Ramin Musayev: Premyer Liqanın heç bir turu DÇ-yə görə təxirə salınmayacaq
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəyan edib ki, Premyer Liqa oyunları qarşıdan gələn 17 yaşlı qızlar arasındakı dünya çempionatına görə təxirə salınmayacaq. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz Premyer Liqa oyunlarını dünya çempionatına görə təxirə salmağa hazırlaşmırıq. Bu barədə klublarla da razılığa gəlmişik. Onlar öz rəqiblərini neytral meydanda qəbul edəcəklər. Hansı ki, həmin stadionlarda dünya çempionatının oyunları keçirilməyəcək. Belə arenalar isə regionlarda yerləşir. Bizim birdən-birə üç turu təxirə salmaq imkanımız yoxdu. Çünki 6, 7 və 8-ci turun görüşləri təxirə salınsa, sonra onları keçirmək üçün vaxt tapmaq çətinə düşəcək. Premyer Liqanın indiki təqvimi isə məhz Azərbaycan yığmasının oyunlarına görə tərtib olunub. Buna görə də biz hansısa turu təxirə sala bilmərik. Bu yığmanın və Berti Foqtsun da qrafikinə təsir göstərə bilər”.