10 avqust 2012 21:23
İnter Qəbələyə uduzdu, XL 4 qola sevindi, Bakı 1 xala razılaşdı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Mövsümün açılış turunda meydana çıxmayan "Bakı" ilk oyununu məhz bu tur "Simurq"a keçirib. Maraqlıdı ki, digər iddialılar kimi, bu komanda da ilk oyununda heç-heçə ilə kifayətlənməli olub. Qəbələdə eyniadlı klubla "İnter" üz-üzə gəlib. Meydan sahibləri qələbəyə seviniblər. Ötən mövsümün gümüş mükafatçısı "Xəzər Lənkəran" isə "Kəpəz"lə münasibətlərinə aydınlıq gətirib. Lənkəranlılar 3 xalı 4 qolla qazanıblar.
Turun qalan görüşləri sabah keçiriləcək.
Premyer Liqa
2-ci tur
10 avqust (cümə)
BAKI - SİMURQ - 0:0 (0:0)
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Coşqun Həsənov, Feyzulla Feyzullayev.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
Oyun başladı
Qarşılaşmanın ilk dəqiqələri daha çox kəşfiyyat xarakteri daşıyır
"Simurq" oyuna fəal başlayıb
"Bakı" hesabı açmağa çox yaxın idi. Amma Novruzov demək olar ki, boş qapını nişan ala bilmir
Stoyanoviçin iki təhlükəli zərbəsi qol gətirmir
"Bakı" tədricən oyunu bərabərləşdirir
Meydan sahiblərinin müəyyən üstünlüyü olsa da, bunu hesabda əks etdirə bilmir
Qırtımovun hesabı açmasına azacıq dəqiqlik çatmır
"Bakı" ilk yarının sonlarını hücumda keçirsə də, istəyinə nail ola bilmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Səttarlı qapıçı ilə üz-üzə qalsa da, Nuredinoski ona qol vurmaq şansı vermir
Ələsgərov yaxşı reyd etsə də, zərbəsi rəqib futbolçulardan qayıdır
"Bakı" kombinasiyalı futbol sərgiləməyə çalışır
Bakılılar təzyiq artırmağa başlayıblar
Bandoviç Şoliçin əvəzində yeni transfer Mantsiosu meydana buraxır
Novruzovun təhlükəli zərbəsi qapıdan yan keçir
Juniorun zərbəsini polşalı qapıçı dəf edir
Mantsiosun zərbəsi dəqiq olmur
Junior yerini Parksa verir
Nicat Qurbanov inanılmaz qol şansından yararlana bilmir
Matç başa çatdı
BAKI: 82. Edin Nvredinovski, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 8. Junior Xavier Vilson, 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov, 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 38. Namiq Ələsgərov, 77. Aleksandar Soliç.
Ehtiyat oyunçular: 93. Elxan Əhmədov, 5. Duje Bakoviç, 10. Horvat Lukas Mario, 20. Elşad Manafov, 22. Vangelis Mantsios, 36. Uinston Parks, 99. Rəhman Hacıyev.
Baş məşqçi: Bojidar Bandoviç.
SİMURQ: 22. David Petşkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 13. Aleksandr Şemonayev, 14. Asif Mirili, 9. Marçin Burkhard, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 8. Qərib İbrahimov, 79. Nenad Stoyanoviç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 7. Ruslan Poladov, 17. Rüstəm Məmmədov, 24. Mehman Məmmədov, 19. Nicat Qurbanov, 20. Rəşad Əyyubov, 18. Qafar Qafarov.
Baş məşqçi: Georgi Çixradze.
QƏBƏLƏ - İNTER - 1:0 (1:0)
Qol: L.Assis, 13 (1:0)
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Azər Əsgərov, Fuad Həsənov
Qəbələ. Şəhər stadionu.
Oyun başladı
Qonaqlar ilk dəqiqələrdən daha fəaldılar
“İnter” hücumlarını davam etdirir, “Qəbələ” müdafiə olunur
Meydan sahibləri ilk hücumdaca hesabı açırlar – 1:0
Qonaqların təhlükəli hücumu zamanı qapıçı meydan sahiblərini real qoldan xilas edir
Ardından Lomaya da "İnter"i ikinci qoldan xilas etməklə özünü göstərir
"İnter" getdikcə daha aqressiv oynamağa başlayıb
Abdulaye kobud səhvə yol versə də, son anda hər şey "İnter" üçün yaxşı qurtarır
Lomaya müdafiə xəttinin daha bir kobud səhvini sığortalamalı olur
"Qəbələ"nin hücumları daha kəsərli olmağa başlayıb
"İnter" müdafiədə çoxlu səhvlərə yol verir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"İnter" cərimə zərbəsi qazanır. Əmircanovun 20 metrdən vurduğu zərbə dəqiq olmur
Lomaya növbəti dəfə komandasını qoldan xilas edir
Abdullayevin cərimə zərbəsi hədəfdən yan keçir
"İnter"də hücum xəttində heç nə alınmır
Məmmədovun uzaqdan zərbəsi dəqiq olmur
Matç başa çatdı
QƏBƏLƏ: 25. Kosta Silva Dieqo, 8. Bruno Da Silva, 10. Dodo, 11. Yannik Kamanan, 15. Kalabane Umar, 18. Aleksandr Çertoqanov (k), 22. Lorival Assis, 27. Rəşad Abdullayev, 94. Murad Musayev, 84. Deyan Kelhar, 88. Nodar Məmmədov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 9. Viktor Mendi, 20. Rəşid Əmiraslanov, 21. Elmar Baxşıyev, 23. Şəhriyar Xəlilov, 99. Amil Yunanov.
Baş məşqçi: Fatih Kavlak.
İNTER: 1. Giorgi Lomaya, 5. Slavço Georgiyevski, 10. Georgi Adamiya, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulaye, 23. Tales Şütz, 47. Abdulla Abatsiyev, 77. Ruslan Əmircanov, 87. Haynts Barmettler.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze.
Baş məşqçi: Kaxaber Tsxadadze.
XƏZƏR LƏNKƏRAN - KƏPƏZ - 4:0
Qollar: A.Skarlatake, 15 (1:0), R.Abışov, 21 (2:0), A.Pit, 35 (3:0), R.Alviz, 38 (4:0)
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, İsgəndər Əliyev, Fərid Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu.
Oyun başladı
İlk təhlükəli hücum XL-dan gəlir: Subaşiçin zərbəsini qapıçı dəf edir
Pitin ötürməsini Alviz tora qovuşdurmaq istəsə də zərbəsi dəqiq olmur
Adrian Skarlatake meydan sahiblərini hesabda önə keçirir - 1:0
Ruslan Abışov da rumından geri qalmağını isbatlayır - 2:0
Müdafiəçilər XL-ın hücumçularına nümunə olmaq istəyirlər
"Kəpəz"də erkən əvəzləmə: İsmayılov yerini P.Paşayevə verir
Adrian Pit hesabı darmadağın həddinə çatdırır - 3:0
Alviz də qonaqların qapısına yol tapmağı bacarır - 4:0
İlk hissənin sonlarında qonaqlar fəallığı artırsalar da, Sadıqlını narahat edəcək hücum təşkil edə bilmirlər
Birinci hissə başa çatdı
İkinci hissə başladı
İvan Radoş T.Abbaszadənin əvəzində meydana çıxır
Alviz yenicə meydana çıxan Radoşu yaxın məsafədən məyus edə bilmir
XL inanılmaz qol epizodunu boşa verir
Todorovun möhtəşəm zərbəsi zamanı qapı çatı "Kəpəz"i qoldan xilas edir
XL-da Alvizi E.Abdullayev əvəzləyir
Berayanın zərbəsini Sadıqlı iki cəhddə dəf edir
Tounkara yerini K.Abdullazadəyə verir
XL-da son dəyişiklik: R.Abışovun əvəzində meydana A.Ramazanov çıxır
"Kəpəz"də İrakli yerini qardaşı Qoqa Berayaya verir
M.Hüseynovun zərbəsi zamanı dirək qonaqların sevinməsinə mane olur
Matç başa çatdı
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 5. Elnur Allahverdiyev, 6. Robert Alviz, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 15. Ruslan Abışov, 16. Adrian Pit, 14. Rahid Əmirquliyev (k), 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 55. Ağabala Ramazanov, 42. Kamran Abdullazadə, 18. Alim Qurbanov, 17. Kazım Kazımlı, 10. Elnur Abdullayev, 4. Akif Tağıyev.
Baş məşqçi: Yunis Hüseynov.
KƏPƏZ: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov (k), 15. Şahin Kərimov, 24. Fərid Həşimzadə, 66. Lyuba Baranin, 18. Nikolay Svejnitsov, 3. Təbriz Hüseynli, 10. Armand Feutçin, 6. Məhərrəm Hüseynov, 9. İrakli Beraya, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 1. İvan Radoş, 2. Ceyhun Əhmədov, 4. Azər Məmmədov, 19. Sərxan İsmayılov, 11. Qoqa Beraya, 8. Elvin Həsənəliyev, 7. Pərvin Paşayev.
Baş məşqçi: Fuad İsmayılov.
11 avqust: Qarabağ – Neftçi, AZAL - Rəvan, Turan – Sumqayıt.
