11 avqust 2012 21:54
Neftçi Qarabağa uduzdu, AZAL Rəvana, Sumqayıt Turana qalib gəldi (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də 3 qarşılaşma baş tutub.
Mövsümün açılış turunda meydana çıxmayan "Neftçi" ilk oyununu məhz bu tur "Qarabağ"a keçirib. Ağdam təmsilçisi son çempion üzərində qələbəyə sevinib. AZAL "Rəvan"la görüşdə qalib gəlib. "Turan" isə evdə "Sumqayıt"a məğlub olub.
Qeyd edək ki, turun digər görüşləri ötən gün keçirilib.
Premyer Liqa
2-ci tur
11 avqust (şənbə)
QARABAĞ - NEFTÇİ - 1:0 (1:0)
Qol: Q.Qarayev, 42 (1:0).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Anar Salmanov.
Bakı. Dalğa Arena.
Oyun başladı
Maraq üçün qeyd edək ki, start fiti öncəsi qonaqların kapitanı R.Sadiqov Qurban Qurbanovun yanına qaçaraq onunla mehribancasına qucaqlaşır. Yəqin ki, səbəbi hər kəsə aydındı
İlk dəqiqələr hələ ki, kəşfiyyat xarakterlidi
4. Qarayevin qapıya zərbəsi dəqiq olmur
9. Vüqarın zərbəsi toru yandan silkələyir
10. Vüqarın növbəti zərbəsi qapının üstündən keçir
14. Riçardın cərimə zərbəsi qapıdan aralı keçir
20. "Qarabağ"ın ilk künc zərbəsi qol gətirmir
25. Meydan sahibləri üstünlüyü ələ keçiriblər
27. Aqollinin asmasını qapıçı ələ keçirir
29. Maksimin uzaqdan zərbəsi qapının üstündən keçir
35. Topa nəzarət tamamilə ağdamlıların tərəfindədi
40. Aqollinin qola sevinməsinə son anda Stamenkoviç mane olur
42. Qarayevin zərbəsi tora daxil olur - 1:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. Əfran sürətlə irəliləsə də, qapıya zərbə endirə bilmir
50. Oyun getdikcə sərt məcraya keçir
52. Vüqar Bertuççiyə qarşı kobudluğa görə sarı vərəqə alır
56. N.Yusifov da sarı vərəqə alır
60. Əfran Vüqarın asmasını başla qapıya ünvanlasa da, zərbəsi dəqiq olmur
62. "Neftçi"də Seyidovu C.İmamverdiyev əvəzləyir
64. Əfran qapıçı ilə mübarizədən qalib ayrıla bilmir
69. "Neftçi"də daha bir əvəzləmə: Flavinyonu Araz Abdullayev əvəzləyir
72. Kanales sarı vərəqə alır
75. Oyun çox sərt keçir. Bertuççi də sarı vərəqə alır
78. "Qarabağ"da ilk oyunçu dəyişikliyi: Vüqarı Rauf Əliyev əvəzləyir
78. "Neftçi"də isə Mehdiyevi Mahir Şükürov əvəzləyir
80. Mahir ilk cəhdindəcə qol vurmağa yaxın olsa da, qüvvətli zərbəsi dirəkdən dönür
82. İmamverdiyevin zərbəsi möcüzə sayəsində tora daxil olmur
83. "Neftçi" son dəqiqələrdə çox fəaldı
86. Qarayevin zərbəsini Stamenkoviç dəf edir
89. "Qarabağ"da oyunçu dəyişikliyi: Əfranı İlqar Qurbanov əvəzləyir
Matç başa çatıb
QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Kamil Hüseynov, 4. Zaur Həşimov, 11. Rauf Əliyev, 16. Elnur Abdulov, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Saşa Yunisoğlu, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev, 26. Kərim Diniyev.
Məşqçi: Tərlan Əhmədov.
AZAL - RƏVAN - 3:1 (1:0)
Qollar: J.Nildo, 3 (1:0), Z.Benuahi, 68 (2:0), Z.Benuahi, 70 (3:0), X.Varela, 72 (3:1).
Hakimlər: Elçin Məmmədov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Ramil Əhmədov.
Bakı. AZAL Arena.
Oyun başladı
Meydan sahibləri dərhal hücuma atılırlar
Junior Nildo qonaqların qapısına erkən qol vurur - 1:0
Qoldan sonra oyun bir qədər sakitləşib və meydanın mərkəzində keçir
Axundov sarı vərəqə ilə cəzalanır
Bundunun zərbəsini Ağacanov dəf edir
Nildo dubla imza atmağa yaxın olsa da, şansı boşa verir
Hodziç qola yaxın olsa da, zərbəsi dəqiq olmadı
Meydanda çox sərt mübarizə gedir. Artıq futbolçulara 5 sarı vərəqə verilib
Birinci hissə başa çatdı
İkinci hissə başa çatdı
"Rəvan" ikinci hissəyə fəal başlayıb. Amma qonaqlar hələ ki, cavab qolunu vura bilmirlər
Qonaqlar təzyiqi çox artırıblar
AZAL isə artıq əks-hücumlara üstünlük verir
Meydan sahibləri belə bir şansdan maksimum yararlanırlar və hesabı artırırlar. Benuahi - 2:0!
Benuahi cəmi 2 dəqiqə sonra dublunu rəsmiləşdirir - 3:0
Varela qonaqların təsəlli qoluna imza atır - 3:1
Matç başa çatdı
AZAL: 1. Amil Ağacanov, 2. Juan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 15. Oskar Klyava, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 17. Viktor İbekoyi, 11. Zohair Benuahi, 28. Artur Patras, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 20. Branislav Arseniyeviç, 22. Ruslan Tağızadə, 24. Ruslan Zubkov, 10. Tərlan Xəlilov, 99. Orxan Həsənov, 37. Andrius Veliçka.
Baş məşqçi: Vaqif Sadıqov.
RƏVAN: 1. Lukaş Sapela, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 8. Tural Axundov, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varela, 17. Emin İbrahimov, 18. Samuel Barlay, 19. Hüseyn Axundov, 23. Sallieu Bundu, 26. Frensis Bosman.
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 5. Nikolay Orlovski, 7. Elvin Musazadə, 16. Orxan Lalayev, 20. Kristian Torres, 22. Tofiq Mikayılov, 28. Amit Quluzadə.
Baş məşqçi: Cevat Gülər.
TURAN - SUMQAYIT - 0:1 (0:0)
Qol: R.Qurbanov, 65-pen. (0:1)
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, Elşən Acalov, Tahir Əhmədov.
Tovuz. Şəhər stadionu.
Oyun başladı
C.Sultanov az qala cərimə zərbəsindən hesabı açacaqdı. Azacıq dəqiqlik çatışmır
Rukavina "doqquzluğ"u dəqiq nişan alsa da, son anda Ağayev qola imkan vermir
Maraqlı startın ardından oyun sakitləşib və mübarizə əsasən meydanın mərkəzində keçir
Qonaqların müəyyən ərazi üstünlüyü diqqət çəkir
Pamukun uzaqdan zərbəsi təhlükəli olsa da, hədəfə düşmür
33-cü dəqiqədə qırmızı vərəqə alan Uğur Pamuk "Sumqayıt"ı azlıqda qoyur
İlk qayda pozuntusuna yol verən futbolçu üçün birbaşa "qırmızı" çox sərt cəza hesab oluna bilər
"Turan" rəqibin azlıqda qalmasından sonra bir qədər fəallığı artırıb
Qonaqların künc zərbəsi təhlükəli alınsa da, qapı çatı tovuzluları qoldan xilas edir
Pərdisin boş qapıya ünvanladığı topu son anda F.Əliyev xətdən çıxarır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədən sonra da oyun daha çox meydanın mərkəzində keçir
Qonaqlar penalti vurmaq hüququ qazanırlar. Müdafiəçi topa əllə toxunur
Ruslan Qurbanov penaltini dəqiq yerinə yetirərək, hesabı açır – 0:1
Yenə Pərdisin qapıya təhlükəli baş zərbəsi, yenə qapıçının olmadığı küncü qoruyan meydan oyunçusu topu boş qapıdan çıxarır. Artıq ikinci oxşar epizoddu
Tovuzlular matçın sonlarında bütün komanda ilə irəli atılıblar. Amma cavab qolunu vurmaq alınmır
Matç başa çatdı
TURAN: 28. Mikayıl Yusifov, 3. Ante Zuzak, 4. Levan Çxetiani, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov, 8. Budaq Nəsirov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k), 11. Qoqi Pipia, 17. Fərmayıl Əliyev, 21. Antonio Rukavina.
Ehtiyat oyunçular: 27. Natiq Sərhətov, 2. Hüseyn İsgəndərov, 5. Sergey Çernışev, 13. Bayram Kərimov, 15. Rəşad Piriyev, 18. Seymur Tağıyev, 19. Asəf Qədiri.
Baş məşqçi: Əsgər Abdullayev.
SUMQAYIT: 1. Səlahət Ağayev, 3. Aftandil Hacıyev, 22. Slavik Alxasov, 4. Samir Abbasov (k), 5. Murat Doymuş, 7. Fərcad-Azad Pərdis, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov, 13. Murad Ağayev, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 2.Atam Məhəmməd Əli, 6. Tamer Taktak, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 27. Ramil Həşimzadə, 95. Murad Hüseynov.
Baş məşqçi: Bernard Raab.
İlk oyun gününün nəticələri: Xəzər Lənkəran - Kəpəz - 4:0, Bakı – Simurq - 0:0, Qəbələ - İnter - 1:0.
N
O
Q
H
M
T-F
X
