9 avqust 2012 17:54
Starkov üç “azərbaycanlı” futbolçuya dəvət göndərdi
“Bakı”nın sabiq baş məşqçisi Aleksandr Strakov Premyer Liqamızda oynayan 3 futbolçuya dəvət göndərib. Azerisport.az xəbər verir ki, Starkov sabiq komandası ilə yanaşı, AZAL-ı da yaddan çıxarmayıb.
Belə ki, Starkov “Bakı”dan müdafiəçi Denis İvanov və hücumçu Maris Verpakovskini, AZAL-dan isə yeni transfer Oskar Klyavanı milliyə dəvət edib. Onlar avqustun 15-də Çernoqoriya ilə yoldaşlıq oyununda iştirak edəcəklər.
Starkov “Qəbələ”nin sabiq qapıçısı Pavel Doroşev (Metalurq, Latviya) və AZAL-ın keçmiş müdafiəçisi Ritus Krjauklisə (Qolden Arrovs, CAR) də dəvət göndərib.
