9 avqust 2012 19:04

“Qrupdan bir komandanın çıxacağını ikinci turda bildik”

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov azerisport.az saytına müsahibəsində Avropa Liqasının B divizionunda Almaniya (2:3), Türkiyə (6:5) və Yunanıstana (6:3) qarşı keçirdikləri oyunlardan danışıb.
 
- Yığmamızın növbəti mərhələyə vəsiqə qazana bilmədiyi Avroliqanın yekunlarını necə dəyərləndirərdiniz?
- Bacardığımız qədərilə oynadıq. Pis oynamadıq. Sadəcə, bizim başımıza rəqibə hadisə gəldi. Turnirdən əvvəl elə bilirdik ki, qrupdan iki komanda çıxacaq. Amma qrupdan bir komanda çıxırmış. Biz bunu yalnız ikinci tur zamanı bildik.
 
- Bəs siz bundan xəbər tutandan sonra nə dəyişdi?
- Əgər bunu vaxtında bilsəydik, hər şey fərqli ola bilərdi. Biz gözləyirdik ki, əsas rəqiblərimiz Türkiyə və Yunanıstan olacaq. Amma elə alındı ki, biz Almaniyadan gözləmədiyimiz zərbə aldıq. Almanlarla görüşdə biz öz oyunumuzu göstərə bilmədik. Həm də hakimlik tam olaraq meydan sahiblərinin lehinə idi. Çimərlik futbolunda isə bu amil böyük önəm daşıyır. Çünki hər cərimə zərbəsindən sonra qol vurmaq imkanı qazanırsan.
 
- Deməli, elə ilk turdan sonra şansınızı itirmişdiniz?
- İkinci oyunumuzu Türkiyəyə qarşı keçirdik. Buna çox sevinirdik və düşünürdük ki, artıq növbəti mərhələyə vəsiqə qazana biləcəyik. Reqlamentdən sonra xəbər tutduq. Hətta belə olan halda da bizim növbəti mərhələyə çıxmaq şansımız qalırdı. Belə ki, ikinci yeri tutan ən yaxşı komanda kimi mərhələ adlaya bilərdik. Bunun üçün isə Yunanıstanı 7 top fərqi ilə yenməliydik.
 
- Amma bu şansdan da yararlana bilmədiniz...
- Son oyunda biz artıq iki əsas heyət oyunçumuzu itirmişdik. Yunanlarla oyunun ikinci hissəsində isə Hikmət Bağırov meydandan qovuldu. Buna baxmayaraq, 6:3 hesabıyla qalib gəldik. Meydan da çox ağır idi. Hətta uzun müddət çimərlik futbolunda çıxış edənlər üçün də orda oynamaq çətin idi.
 
- İstənilən halda Azərbaycan yığması mərhələ keçə bilmədi...
- Əlbəttə, biz də mübarizəni davam etdirmək istəyirdik. Nəticə heç kimi qane etmir. Sadəcə, komandanın sərgilədiyi oyunu alqışlamağa dəyər. Çox təəssüf ki, sadəcə bəxtimiz gətirmədi.
 
- Siz daha çox futzalçı kimi tanınmısız. Gələcək karyeranız barədə nə deyə bilərsiz?
- Hələlik istirahət edirəm. Amma gələcəkdə çimərlik futbolu üzrə yığmaya çağırılsam, məmnuniyyətlə qəbul edəcəyəm. Yığma üçün hətta qum üzərində də oynamaq xoşdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.