9 avqust 2012 20:45
Bakı Simurqa 6 qol vurdu, XL sülhə razılaşdı
Bu gün Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 2-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə 3 qarşılaşma baş tutub.
"Xəzər Lənkəran" - "Kəpəz" qarşılaşmasında hesab açılmayıb. "Bakı" "Simurq"u 6 qolla məğlub edib. "Qəbələ" isə evdə "İnter"ə məğlub olub.
Turun qalan oyunları sabah keçiriləcək.
Əvəzedicilərin çempionatı
2-ci tur
9 avqust (cümə axşamı)
Xəzər Lənkəran - Kəpəz – 0:0
Hakimlər: Ceyhun Haşımov, Hüseyn İmanov, Teymur Teymurov, Qorxmaz Eldarov
Lənkəran şəhər Olimpiya İdman Kompleksinin stadionu.
Bakı – Simurq – 6:1
Qollar: Tural Qürbətov, 7, Raul Yaqubzadə, 16; 21; 23, Mətin Əbilsoy, 51; 69 - Oruc Balaşlı, 70.
Hakimlər: Elgün Hüseynov, Ülviyyə Mustafayeva, Maya Nəbiyeva, Elxan Müslümov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
Qəbələ - İnter – 1:3
Qollar: Müşviq Teymurov, 54 - Ramil Mansurov, 2; 18, Azər Salahlı, 53.
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Rahin Heybətov, Müslüm Mövludov.
Qəbələ. Şəhər stadionu, ehtiyat meydança.
