9 avqust 2012 20:57
Arif Əsədov: Neftçinin müdafiə xəttində problemlər var
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov bu komandanın UEFA Çempionlar Liqasında İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı keçirdiyi cavab matçını şərh edib. Azerisport.az saytına müsahibəsində o, 2:2 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib
“Neftçi” bu görüşdə pis oynamadı. İlk oyundan fərqli olaraq, komanda qələbəyə köklənmişdi. Birinci hissədə komandanın oyunu daha yaxşı alındı, nəinki ikinci hissədə. Hücumlar da yüksək səviyyədə idi. Amma eyni sözləri arxa xəttlə bağlı demək olmaz. Müdafiə xətti çoxlu səhvlər buraxır. Bunu aradan qaldırmaq lazımdı. Əks halda Avropa Liqasında çətin olacaq”.