10 avqust 2012 00:04

İlk dəfə tam heyətlə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, mövsümün növbəti turunun oyunları yenə iki gün ərzində keçiriləcək.

Cümə günü startı verilən hesabat turunun açılış matçlarından birində "Bakı" "Simurq"u qəbul edəcək. Məlum olduğu kimi, bu, “zolaqlılar”ın yeni mövsümdəki ilk oyunu olacaq. Çünki “Neftçi”nin avrokuboklardakı çıxışı ilə əlaqədar bu komandaların ilk turdakı görüşü təxirə salınmışdı. Bu üzdən də “Bakı” ilk sınağını Zaqatala klubu ilə oyunda verəcək. Bojidar Bandoviç üçün debüt xarakteri daşıyan qarşılaşmanın doğma meydanda keçirilməsi bakılılar üçün müəyyən üstünlük hesab oluna bilər. “Simurq” isə artıq bu mövsüm bir oyun keçirib və “Qəbələ” ilə görüşdə ilk xalını qazanıb (1:1).
 
Məhz Zaqatala klubu ilə görüşdə heç-heçəyə nail olmuş “Qəbələ” isə bu tur doğma meydanda “İnter”i qəbul edəcək. Fatih Kavlakın komandası doğma meydanda baş tutacaq ilk qarşılaşmada ilk qələbəsini rəsmiləşdirməyə çalışacaq. Elə "Qəbələ" kimi, "İnter" də hələlik 3 xala həsrətdi. Mövsümün startında “Qarabağ”la sülhə razılaşan (1:1) Kaxaber Tsxadadzenin komandası üçün bu dəfə qələbə qazanmaq daha çətin olacaq. Çünki qarşılaşma səfərdə keçirilir. Amma bu klubların duelləri həmişə maraqlı və gərgin idman mübarizəsinə səhnə olur və bu dəfə də hər cür nəticə gözləməyə dəyər.

İlk oyun gününün son matçı Lənkəranda keçiriləcək. Son mövsümün gümüş mükafatçısı "Xəzər Lənkəran" doğma meydandakı ilk oyununu "Kəpəz"ə qarşı keçirəcək. Yunis Hüseynovun komandası da mövsümə heç-heçə ilə başlayıb. Bu üzdən də “ağ-yaşıllar” mövsümün ilk qələbəsini azarkeşlərinin gözü qarşısında rəsmiləşdirməyə çalışacaq. “Kəpəz” isə mövsümün 1-ci turunda gözlənilməz məğlubiyyətlə üzləşmişdi. İndi gəncəlilər “Turan”dan alınan həmin yenilgini unutdurmaq üçün “Xəzər Lənkəran”la çətin səfər matçında ən azı 1 xal qazanmaq istəyindədi.
 
İkinci oyun günündə mövsümə heç-heçə ilə start vermiş iki komanda - AZAL və "Rəvan" üz-üzə gələcək. Paytaxt derbisində demək olar ki, aşkar favorit yoxdu. Vaqif Sadıqovun bu yay formalaşdırdığı yeni komandası ilk turda “Sumqayıt”la 2:2 hesablı heç-heçəyə razılaşsa da, mövsümün iddialılarından hesab olunur. Elə Cavad Gülərin çalışdırdığı “Rəvan” da “Xəzər Lənkəran”la heç-heçə etməklə rəqibləri üçün asam yem olmayacağını ilk turdan isbatlayıb.
 
"Turan" - "Sumqayıt" qarşılaşması maraqla gözlənilir. Ötən mövsümün iki aşkar autsayderinin görüşündə bu dəfə də sürpriz gözləməyə dəyər. “Sumqayıt” bu yay heyətini xeyli gücləndirib. İlk turdakı AZAL-la qarşılaşma da göstərdi ki, bu komanda yeni mövsümdə rəqibləri üçün xalpaylayan funksiyasını yerinə yetirməyəcək. Ciddi problemləri olan və son anda elitada qalacağı dəqiqləşən “Turan” isə elə ilk turda heç kimin gözləmədiyi halda “Kəpəz”i məğlub etməklə iddiasını ortaya qoymuş oldu. İndi iki autsayderin duelinin necə bitəcəyi maraqla gözlənilir.
 
Nəhayət turun qapanış və mərkəzi oyununda "Qarabağ"la "Neftçi" üz-üzə gələcək. Mövsümə heç-heçə ilə başlamış Ağdam klubu son ölkə çempionunu “Dalğa Arena”da qəbul edəcək. Bu üzdən də “Qarabağ” üçün bu görüşdə doğma meydan amili demək olar ki, yox dərəcəsindədi. Bu isə mövsümdəki ilk oyununa çıxacaq “Neftçi”nin işinə yarayacaq. Avrokuboklardakı çıxışı ilə əlaqədar bu komanda ilk turda istirahət etmişdi. Amma Çempionlar Liqasından qovulan paytaxt təmsilçisi indi bu uğursuzluğu məhz “Qarabağ”la görüşdə unutdurmağa çalışacaq. Bu oyunda qazanılacaq uğur eyni zamanda Avropa Liqasının pley-off oyunlarında da “ağ-qaralar”ın işinə yaraya bilər.
 
Premyer Liqa
2-ci tur
10 avqust (cümə)
 
Bakı - Simurq
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Coşqun Həsənov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Xəqani Məmmədov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. 19:00
 
Qəbələ - İnter
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Azər Əsgərov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ. Şəhər stadionu. 19:00.
 
Xəzər Lənkəran - Kəpəz
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, İsgəndər Əliyev, Fərid Məmmədov.
AFFA nümayəndəsi:Ramiz Abdullayev.
Hakim-inspektor: Əli Hüseynov.
Lənkəran. Şəhər mərkəzi stadionu. 19:30.
 
11 avqust (şənbə)
 
AZAL - Rəvan
Hakimlər: Elçin Məmmədov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Gülağa Cabbarov.
Bakı. AZAL Arena. 18:00.
 
Turan - Sumqayıt
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, Elşən Acalov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Akif Məmmədov.
Tovuz. Şəhər stadionu. 18:00.
 
Qarabağ - Neftçi
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. Dalğa Arena stadionu. 20:00.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.