9 avqust 2012 12:02

Kanales: Neftçi hətta Milan İnteri ilə də oyuna hazır olmalıdı

“Neftçi”nin hücumçusu Nikolas Kanales UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı keçirdikləri cavab matçından (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- İlk oyunda dörd qol buraxdığınız kimi, cavab matçında da heç bir sürprizə imza ata bilmədiniz...
- Biz müsbət nəticəyə nail olmağı istəyirdik və buna ümidli idik. Hamı gördü ki, komanda növbəti mərhələyə adlamaq üçün əlindən gələni etdi. Fikrimcə, azarkeşlər komandanın bu cür oyunundan razı qaldılar.
 
- Bəs siz özünüz Çempionlar Liqasındakı çıxışınızdan razı qaldınız?
- Əgər mərhələ keçə bilmədiksə, razı qala bilmərəm. Amma pley-off mərhələsinə qədər irəliləyə bilsəydik, başqa məsələ.

- Bunu reallaşdırmağınıza nə mane oldu ki?
- İlk növbədə birinci oyunun nəticəsi. Belə bir fərqi aradan qaldırmaq çox çətin idi. Etiraf edim ki, bizə sıradan rəqib düşməmişdi. Baxmayaraq ki, bu komandanı keçməyin mümkünlüyünü də qeyd etmək istərdim. Əgər bəxt az da olsa, bizim tərəfimizdə olsaydı, mərhələ keçə bilərdik.
 
- Bəlkə rəqibə daha çox pressinq tətbiq etmək lazım idi. “Hapoel”in baş məşqçisi də bildirir ki, “Neftçi”də məhz bu çatışmırdı...
- Bacardığımız qədər pressinq edirdik.
 
- Bəs bu oyunlarda qol vurmağınıza nə mane oldu?
- Qol vurmağı çox istəyirdim. Komanda daha çox uzaqdan zərbələrə üstünlük verirdi. Belədə mənə ancaq komanda yoldaşlarımı zərbə mövqeyinə çıxarmaq qalırdı. Avropa Liqasında fərqlənə biləcəyimə ümid edirəm.
 
- Orda “Hapoel”dən də güclü rəqiblə üzləşə bilərsiz...
- Deməli, bizə öz oyunumuzu daha da yaxşılaşdırmaq lazımdı. “Neftçi” hətta İtaliya “İnter”inə də qarşı oynamağa hazır olmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.