9 avqust 2012 00:04
Tərlan Əhmədov: Neftçinin oyunundan razıyam
“Neftçi”nin məşqçisi Tərlan Əhmədov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı keçirdikləri cavab matçı (2:2) ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Komandanın oyunundan razıyam. Bu gün uşaqlar daha inamlı oyun sərgilədilər. Son məğlubiyyətin ardından futbolçuları bu oyuna kökləmək çox çətin idi. Amma buna baxmayaraq, qələbə qazanmaq istəyirdik. Bizim 90 dəqiqə hücum etməyimiz isə Azərbaycan futbolunun inkişaf etməsinin bir göstərici hesab oluna bilər. İndiki “Neftçi” son 10 ilin komandasından daha yaxşıdı”.
