9 avqust 2012 12:11
Neftçinin Avroliqadakı rəqibi sabah müəyyənləşəcək
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində İsrailin "Hapoel" (Kiryat Şmona) klubu ilə qarşılaşan "Neftçi" uğursuzluqla üzləşdi. Azerisport.az xəbər verir ki, iki oyunun nəticəsinə (0:4, 2:2) görə Çempionlar Liqasında mübarizə dayandıran Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək.
Paytaxt təmsilçisinin rəqibi sabah keçiriləcək püşkatmada müəyyən olunacaq. Sözügedən mərasim İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 23 avqustda, cavab oyunları 30 avqustda keçiriləcək.
