9 avqust 2012 00:17

Rəşad Sadiqov: Hər şeyi bir səhv korladı

“Neftçi”nin kapitanı Rəşad Sadiqov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Bakıdakı heç-heçə (2:2) ilə bağlı öncə bunları dilə gətirib:
 
- Hesab edirəm ki, yaxşı futbol göstərdik. Demək olar ki, 90 dəqiqə pressinq tətbiq etdik. Rəqibə göz açmağa imkan vermədik. Xeyli qol epizodu yaratdıq. İki qol da vurduq. Amma sonda təəssüf ki, istədiyimiz nəticəyə nail ola bilmədik. Məğlubiyyətə baxmayaraq, hesab edirəm ki, yaxşı oynadıq və qələbə qazana bilərdik.
 
- Bəs buna nə mane oldu ki?
- Hesab 1:0 olanda çox kobud səhvə yol verdik. Bu da hər şeyi korladı. İstənilən halda bu oyunu hesabımıza yazmaq olar. Hesabı açanda uğur qazanacağımıza ümidimiz var idi. Dərhal ikinci qolu vursaydıq, hər şey başqa cür də ola bilərdi. Ümumiyyətlə, ilk 20 dəqiqə ərzində kifayət qədər qol epizodumuz oldu. Onlardan yararlana bilsəydik, hər şey fərqli ola bilərdi.
 
- Bu gün uzaqdan zərbələrə çox üstünlük verirdiniz...
- Bəli, uzaqdan zərbələri də yoxlayırdıq. Çünki rəqib öz cərimə meydanına toplaşmışdı. Ona görə də çarə uzaqdan zərbələrə idi. Amma bu da asanlıqla başa gəlmirdi.
 
- Amma bu gün sərgilədikləri oyun bir daha göstərdi ki, İsrail çempionunu tamamilə keçmək mümkün idi...
- Mən deməzdim ki, “Hapoel” zəif komandadı. Sadəcə, 4:0 hesablı ev qələbəsindən sonra onlarda motivasiya daha yüksək idi.
 
- İndi “Neftçi”nin Avropa Liqasının pley-off mərhələsi gözləyir. Hansı ki, burdakı rəqibiniz daha çətin komanda ola bilər...
- Bilirik ki, ordakı rəqiblər daha güclü komandalardı. Amma nə etmək olar? Oynamalıyıq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.