9 avqust 2012 00:29
“Neftçinin vurduğu qollar komandamı sındırmadı”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) baş məşqçisi UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutan və 2:2 hesabıyla başa çatan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Biz oyuna planlaşdırdığımız kimi də başladıq. Baxmayaraq ki, süni örtüklü meydanda oynamaq heç də asan deyildi. İkinci hissədə daha yaxşı oynamağa nail olduq. Şadam ki, buraxılan qolları bizi sındırmadı. Qonaqpərvərliyinizə görə hamınıza təşəkkürümü bildirirəm. “Neftçi”yə isə Avropa Liqasında uğurlar arzulayıram”.
