9 avqust 2012 00:35
“Bu oyunla biz heç-heçəyə yox, daha yaxşı nəticəyə layiq idik”
“Neftçi”nin müdafiəçisi Saşa Yunisoğlu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutan və 2:2 hesabıyla bitən qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Biz yaxşı futbol sərgilədik. Bu oyunla daha yaxşı nəticəyə layiq idik, nəinki heç-heçəyə. Sadəcə ələ düşən qol epizodlarını yaxşı dəyərləndirə bilməməyimiz öz sözünü dedi. Buna baxmayaraq, sona qədər uğur qazanmaq üçün çalışdıq. Təəssüf ki, bu, bizdə alınmadı”.
