9 avqust 2012 12:37

İnterin Qəbələ ilə oyunlarda aşkar üstünlüyü var

Premyer Liqanın 2-ci turunun “İnter” - “Qəbələ” qarşılaşması bu komandalar uçün sayca 19-cu oyun olacaq. Azerisport.az xəbər verir ki, indiyə qədər baş tutan 18 oyundan 16-sı çempionat çərçivəsində keçirilib, 2 oyun isə ölkə kubokunda baş tutub.
 
18 görüşün 9-da “İnter” qalib gəlməyi bacarıb, 6 qarşılaşma heç-heçəylə başa çatıb, 3 oyunda isə “Qələbə” daha üstün olub. Topların fərqi bakılıların xeyrinədi: 28-13.
 
Birinci dəfə komandalar 2006-cı il avqustun 5-də qarşılaşıb. O zaman “Qəbələ” “Gilan” adıyla çıxış edirdi. Qeyd edək ki, ilk görüş qolsuz heç-heçəylə başa çatıb. İkinci matçda isə “İnter” rəqibini 2:0 hesabıyla məğlub etməyi bacarıb. “Qəbələ” - "İnter" qarşıdurmasının tarixçəsində ilk qolun müəllifi bakılıların hücümçusu Daniel Axtyamov olub.
 
Çempionat çərçivəsində komandalar 16 dəfə üz-üzə gəliblər. Bu oyunların 8-də “İnter” qələbə qazanıb, 6 matç heç-heçəylə başa çatıb, 2 dəfə isə "Qələbə" meydanı üç xalla tərk edib. Topların fəqri 24:11 “İnter”in xeyrinədi. Azərbaycan çempionatı çərçivəsində komandalar 9 dəfə “Qəbələ” klubunun meydanında qarşılaşıb. Belə ki, baş tutan 9 səfər oyununda “İnter” rəqibini 3 dəfə məğlubiyyətə uğradıb, eyni sayda qalibiyyətlərə "Qəbələ" də malikdi, qalan 3 matç isə heç-heçəylə yekunlaşıb. Topların fərqi "Qəbələ"nin xeyrinədi - 7:6.
 
Ötən mövsümdə bu komandalar bir-biri ilə 4 dəfə qarşılaşıb. İki görüşdə qalib müəyyənləşməyib - 1:1, 0:0, bir oyunda “Qəbələ” meydandan qalib ayrılıb - 2:1, digər matçda isə "İnter" qələbə qazanıb - 2:1.
 
Xatırladaq ki, “Qəbələ” - "İnter" qarşılaşması avqustun 10-da saat 19.00-da başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.