9 avqust 2012 12:48
Millinin məşqçiləri Premyer Liqa oyunlarında
Futbol üzrə Azərbaycan milli komandasının məşqçilər korpusu Premyer Liqanın 2-ci turu çərçivəsində keçiriləcək oyunları izləyəcək. Azerisport.az xəbər verir ki, yığmanın məşqçiləri 3 matça canlı baxacaq.
Baş məşqçi Berti Foqts “Xəzər Lənkəran” – “Kəpəz”, köməkçiləri – Nazim Süleymanov və Olaf Yanssen “Qəbələ” – “İnter”, millinin qapıçılar üzrə məşqçisi Uli Ştayn isə “Bakı” – “Simurq” oyununda stadionda olacaq.
