9 avqust 2012 12:55
Yığmamız açıq məşqə, Berti Foqts jurnalistlərlə görüşə çıxır
Avqustun 14-də, saat 17:00-da, Sheraton Baku Airport Hotel-də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, həmin gün saat 18:15-də, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda millimiz mətbuat üçün məşqə çıxacaq.
Xatırladaq ki, avqustun 15-də, saat 18:00-da, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyunu keçirəcək.
