10 avqust 2012 00:53
Bakının daha bir futbolçusu milli komandada
“Bakı”nın daha bir üzvü milli komandaya çağırılıb. Azerisport.az xəbər verir ki, Georgi Popxadze ölkəsinin millisindən dəvət alıb.
Baş məşqçi Temuri Ketsbaya onu Lüksemburqla avqustun 15-də Lüksemburqla keçiriləcək yoldaşlıq oyununa çağırıb. Baş məşqçi bu oyun üçün 19 futbolçuya dəvət göndərib.
Qeyd edək ki, “Bakı”nın daha üç üzvü yığma komandalara dəvət alıb. Deyvidas Çesnauski Litva, Maris Verpakovski və Denis İvanov isə Latviya millisinə çağırılıb.
