10 avqust 2012 02:14
Azərbaycanlı hakimlər Hannoverin oyununu idarə etdilər
Azərbaycanlı hakimlər Avropa Liqasında növbəti oyunlarını idarə ediblər. Azerisport.az xəbər verir ki, Anar Salmanovun başçılıq etdiyi hakimlər briqadası “Hannover” (Almaniya) – “Sent Patriks” (İrlandiya) oyununda ədaləti qoruyublar.
Salmanova yan xətt hakimləri – Yaşar Abbasov və Mübariz Həşimov yardım edib. Matçın dördüncü hakimi Əliyar Ağayev olub.
Səfər oyununda 3:0 hesablı qələbə qazanan “Hannover” evdə də oxşar uğurunu təkrarlayıb. Salmanov 32-ci və 47-ci dəqiqələrdə meydan sahiblərinin iki qolunu qeydə alıb.
Azərbaycanlı referi 90 dəqiqə ərzində iki futbolçuya sarı vərəqə göstərib ki, hər iki vərəqə qonaqların payına düşüb. 32-ci dəqiqədə Ceyms Çeymbersə vərəqə verən Salmanov 87-ci dəqiqədə Entoni Flada sərt üzünü göstərib.
