10 avqust 2012 02:21
Yığmamızın üzvü ehtiyatda qaldı, komandası darmadağın oldu
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Ufuk Budakın çıxış etdiyi Türkiyənin “Eskişehirspor” klubu Avropa Liqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Türkiyə təmsilçisi Fransada Marsel “Olympique”inin qonağı olub.
Türkiyədə 1:1 hesablı heç-heçəyə nail olan “Eskişehirsor” səfərdə darmadağından qaça bilməyib. Marsel klubu 3:0 hesablı qələbə qazanıb.
Bundan əvvəlki oyunlarda 18-liyə düşməyən Ufuk Budak ilk dəfə komandasının iştirak ərizəsinə salınıb. Amma ona yeni komandasında debüt etmək nəsib olmayıb.
