10 avqust 2012 14:38
Millimizin rəqibinin heyəti açıqlandı
Futbol üzrə Portuqaliya yığmasının Panama millisi ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Paulu Bentu bu dəfə də demək olar ki, elə Polşa və Ukraynada keçirilən Avropa çempionatına apardığı futbolçulara dəvət göndərib.
Həmin futbolçuların siyahısı ilə sizi də tanış edirik:
Qapıçılar: Ruy Patrisiu (Sporting), Eduardo (İstanbul BB, Türkiyə), Betu (Braga);
Qapıçılar: Ruy Patrisiu (Sporting), Eduardo (İstanbul BB, Türkiyə), Betu (Braga);
Müdafiəçilər: Joau Pereyra, Rikardo Koşta (hər ikisi “Valencia”, İspaniya), Pepe, Fabio Koentau (hər ikisi “Real”, İspaniya), Bruno Alveş (Zenit, Rusiya), Rolandu, Migel Lopes (Porto);
Yarımmüdafiəçilər: Joao Moutinyo (Porto), Karlos Martins (Benfica), Raul Meyreleş (Chelsea, İngiltərə), Ruben Mikael, Kustodio, Uqo Viana (hamısı “Braga”), Migel Velozo (Dinamo, Kiyev, Ukrayna);
Hücumçular: Kristiano Ronaldo (Real, İspaniya), Elder Poştiqa (Zaragoza, İspaniya), Nani (Manchester United, İngiltərə), Uqo Almeyda (Beşiktaş, Türkiyə), Silvestr Varela (Porto), Nelson Oliveyra (Deportivo, İspaniya).
Qeyd edək ki, Portuqaliya DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindəndi.
