10 avqust 2012 15:04
Millimizin forvardı darmadağına üzüldü
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın çıxış etdiyi Türkiyənin “Erciyesspor” klubu növbəti yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, Kayseri təmsilçisi “Kartalspor”la üz-üzə gəlib.
Qarşılaşma millimizin üzvü və komandası üçün uğursuz alınıb. Belə ki, “Kartalspor” 3:0 hesabıyla qalib gəlib.
